24 
Noy
2023
13:04
10
20
528
Virtual karabakh

“InMerge İnnovasiya Sammiti”nə qatılmaq üçün daha bir fürsət!

24 Noy, 2023
13:04
528

“InMerge İnnovasiya Sammiti”nə qatılmaq üçün daha bir fürsət!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkənin, eləcə də regionun innovasiyalar ekosistemi üçün mühüm əhəmiyyətə malik olan “InMerge İnnovasiya Sammiti”nə artıq bir həftədən də az vaxt qalıb.

Bəs son bir həftədə tədbir haqqında daha hansı yeniliklər açıqlanıb?

Sammit son bir həftəyə xüsusi olaraq 100 ədəd məhdud sayda biletə 60% endirim təqdim edir.

Qeyd edək ki, bu endirim 24 və 25 noyabr tarixlərində aktiv olacaq.

Bununla yanaşı, sammit özünün xüsusi mobil tətbiqini - “Brella”nı təqdim edib. Bu mobil tətbiq istifadəçilərə tədbirin təqvimi ilə tanış olmağa, spikerlər və qonaqlarla görüşlər təyin etməyə və sponsorlarla tanış olmağa imkan verir. 

Bir daha xatırladaq ki, “PAŞA Holding”in təşkilatçılığı ilə baş tutacaq bu sammitdə “Apple”ın həmtəsisçisi Steve Wozniak, “Tesla”nın qurucu ortağı JB Straubel və bir çox dünyaşöhrətli rəhbər şəxslər iştirak edəcəklər. Tədbirə bilet almaq və haqqında daha çox məlumat əldə etmək üçün www.inmerge.az veb-saytına müraciət edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri