20 
Dek
2023
10:30
52
17
785
Virtual karabakh

Qarabağda - Laçında ilk texnoloji təqdimat və gənclər arasında “Gaming Festival” keçirilib - FOTO

20 Dek, 2023
10:30
785

Qarabağda - Laçında ilk texnoloji təqdimat və gənclər arasında “Gaming Festival” keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda işğaldan azad olunan ərazilərdə sürətlə bərpa-quruculuq işləri gedir və həyat əvvəlki axarına qayıdır. Kompüter avadanlıqlarının böyük idxalçılarından biri olan “Aztech” şirkəti 19.12.2023-cü il tarixində Laçında “LaCinema” kino mərkəzində “LEGİON GO” portativ oyun konsolunun ilk təqdimatını və gənclər arasında əyləncəli “Gaming Festival” keçirib. Bu, “Aztech” şirkətinin Laçına artıq ikinci gəlişi idi, bundan öncə də Laçın rayonu 2 saylı tam orta məktəbə şirkət tərəfindən 30 notbuk hədiyyə edilib. Dünya təqdimatı cəmi bir neçə həftə əvvəl keçirilmiş yeni portativ oyun konsulu “Lenovo Legion Go” Laçındakı bu təqdimatdan sonra Azərbaycanda rəsmi satışa çıxarıldı.

Təqdimatdan sonra məktəblilər və gənclər arasında maarifləndirici və əyləncəli “Gaming Festival” keçirilib. Gənc nəslin maarifləndirilməsi, yeni texnoloji məhsullarla tanışlığı, boş asudə vaxtlarını daha faydalı necə keçirə biləcəkləri barəsində maraqlı diskussiyalar aparılıb. Laçınlı gənclər və məktəblilər üçün əsl bayram abu-havalı olan və Qarabağda ilk dəfə təşkil olunan bu tədbirə maraq böyük olub.

Şirkətin marketinq meneceri Gülnar İsmayılova öz müsahibəsində belə bildirib ki, “Aztech” şirkəti olaraq işğaldan azad olmuş ərazilərdə bu kimi tədbirlərin keçirilməsi çox qürurvericidir: “Belə bir tədbiri keçirmək bizim üçün böyük qürurdur! Tövsiyə edirik ki, bundan sonra digər texnoloji şirkətlər də önəmli təqdimatlarını və tədbirlərini məhz doğma Qarabağımızda keçirsinlər ki, bu torpaqlarda həyat tez bir zamanda əvvəlki məcrasına qayıtsın”.

“Aztech” 1998-ci ildən fəaliyyət göstərir və bu gün ölkədə aparıcı kompüter idxalçılarından biri olaraq, “Asus”, “Lenovo” və MSİ brendlərinin topdan, korporativ və pərakəndə satışını həyata keçirir.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri