15 
Apr
2024
15:48
48
8
1243
Virtual karabakh

Ölkənin ən böyük uşaq və yeniyetmələr arası proqramlaşdırma olimpiadası baş tutacaq - FOTO/VİDEO

15 Apr, 2024
15:48
1243

Ölkənin ən böyük uşaq və yeniyetmələr arası proqramlaşdırma olimpiadası baş tutacaq - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

27 aprel tarixində “Start İT” təlim mərkəzinin təşkilatçılığı, SABIS®️ SUN Beynəlxalq məktəbi, Azərkosmos, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, Moon Group şirkəti, “Gamenote Baku” multi brend oyunlar mağazası, “Tredu” şirkəti, “Tedroid” və “Texnojurnal” media qrupları, “iComp” kompüter mağazasının və “İrşad” mağazalar şəbəkəsi tərəfdaşlığı ilə ölkənin ən böyük uşaq və yeniyetmələr arası proqramlaşdırma olimpiadası olan “Code Fest 2024” keçiriləcək.

600 nəfərin iştirak edəcəyi və sayca artıq üçüncüsü keçirilən, proqramlaşdırma və robototexnika üzrə doqquz kateqoriya üzrə təşkil olunan genişmiqyaslı olimpiada 5-15 yaşlı uşaq və yeniyetmələri əhatə edir.

Olimpiada iştirakçıları aşağıdakı kateqoriyalar üzrə individual və komanda formasında yarışacaqlar:

  • Scratch Junior (5-7 yaş)
  • Vizual proqramlaşdırma - Scratch (8-11 yaş)
  • Vizual proqramlaşdırma- Scratch (12-15 yaş)
  • Tinkercad ilə 3D modelləşdirmə (8-11 yaş)
  • Tinkercad ilə 3D modelləşdirmə (12-15 yaş)
  • Python proqramlaşdırma dili (8-11 yaş)
  • Python proqramlaşdırma dili (12-15 yaş)
  • Robot football 10-15 yaş
  • Robot texnikası: Lego WeDo 2.0 (5-8 yaş)

Yarışmada gücünü sınamaq və yeni bacarıqlar kəşf etmək istəyən uşaq və yeniyetmələrin qeydiyyatı üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

https://t.ly/oJn9q

Ötən il keçirilən olimpiada haqqında video süjet vasitəsi ilə tanış ola bilərsiniz:

Daha ətraflı məlumat və müraciət etmək istəyən şəxslər “Start İT” şirkətinin əlaqə nömrəsinə (+994 55 200 89 39) zəng edə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri