Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Dəbdəbə və innovasiyanın vəhdəti: "Maserati" 4S mərkəzinin açılışı
Bakıda Heydər Əliyev prospekti, 191 ünvanında yerləşən yeni "Maserati" avtomobil mərkəzinin möhtəşəm açılış mərasimi keçirilib. Bu müasir 4S mərkəzi, İtaliya avtomobil sənayesinin incisi olan "Maserati" brendinin pərəstişkarları üçün əsas məkan olacaq.
Mərkəz özündə avtomobil satışı, texniki xidmət, eksklüziv aksesuarların təqdimatı və bir çox digər xidmətləri birləşdirir.
"Maserati" brendi ilə bağlı hər bir ehtiyacı təmin etmək üçün nəzərdə tutulmuş bu mərkəz, Azərbaycanda premium avtomobil sevənlər üçün yüksəksəviyyəli xidmətlər təqdim edir.
Yeni 4S mərkəzi, həm brendin beynəlxalq standartlarına uyğunluğu, həm də müştərilərin rahatlığını təmin etmək üçün müasir texnologiyalar və dizayn həlləri ilə təchiz olunub. "Maserati"nin Azərbaycandakı yeni mərhələsi, avtomobil sənayesində keyfiyyət və mükəmməllik axtaranları özünə cəlb etməkdə iddialıdır.
İtaliya səfirliyi, İtaliya Ticarət Palatası, "Martini" brendi, "La Scolca" və "Sanpellegrino"nun partnyorluğu ilə baş tutan bu açılış, ölkədə avtomobil sənayesində yeni bir səhifə açır və "Maserati" brendinin Azərbaycanda daha geniş auditoriya ilə tanış olması üçün möhtəşəm imkan yaradır.
Ötən ilin dekabr ayında "Maserati" butikinin açılışı və "Maserati Grecale" modelinin təqdimatı ilə başlayan bu yol, innovasiyanın və dəbdəbənin mükəmməl vəhdəti ilə azərbaycanlı avtomobil həvəskarlarının rəğbətini qazanıb.
Bu uğurlu başlanğıcın davamı olaraq, "Maserati" brendi premium avtomobil sevənlər üçün xüsusi dizayn edilmiş yeni diler mərkəzini təqdim edib. 500 kvadratmetrlik geniş və dəbdəbəli şourumu ilə bu mərkəz, yalnız satış deyil, həm də yüksəksəviyyəli sertifikatlı servis xidmətlərini təklif edərək müştərilərə maksimum rahatlıq və lüks xidmət təcrübəsi təmin edir.
"Maserati"nin bu yeni mərkəzi, premium sinif avtomobil sənayesinə marağı olan hər kəs üçün eksklüziv bir məkan olmaqla yanaşı, Azərbaycanda brendin keyfiyyət və mükəmməllik səviyyəsini bir daha vurğulayır.
Tədbirə fəxri qonaqlar - "Maserati"nin regional direktoru Filip Klaverol və İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko da qatılıblar. Onların iştirakı, bu mühüm açılışın region üçün xüsusi əhəmiyyətini bir daha vurğulayıb.
Açılış mərasimində "Maserati" brendinin ən qabaqcıl modelləri də təqdim edilib.
Bu il "Maserati" üçün xüsusi əlamətdardır, çünki dünya avtomobil sənayesinin əfsanəsi öz 110 illik yubileyini qeyd edir. Bir əsrdən çoxdur ki, "Maserati" sürət, dəbdəbə və İtalyan incəliyinin simvolu olaraq qalır.
"Bu, təkcə bizim üçün deyil, həm də "Maserati" brendi üçün xüsusi bir ildir. Biz fəxr edirik ki, bu möhtəşəm yubileyi sizinlə birlikdə qeyd edə bilirik," - deyə Filip Klaverol vurğulayıb.
Mərkəzdə "Maserati"nin ən möhtəşəm modelləri ilə tanış olmaq mümkündür:
"Grecale, Gran Turismo" və "MC20". Hər biri sürət, dəbdəbə və müasir dizaynın mükəmməl nümunəsidir. Bundan əlavə, müştərilər "Maserati Fuoriserie" proqramı vasitəsilə öz fərdi parametrlərinə uyğun avtomobil sifariş edə bilərlər. Həmçinin müştərilər xüsusi olaraq "GT2 Stradale" modelini də əldə etmək imkanına malikdirlər.
"Maserati MC20" - brendin texnologiya və yüksək performans dövrünü təcəssüm etdirən flaqman modelidir. Model "Formula-1" texnologiyalarından ilhamlanan "Nettuno" mühərriki ilə təchiz olunub. MC20, yalnız sürət deyil, həm də yenilikçilik və mükəmməlliyin əsl simvoludur.
"Maserati Grecale Trofeo" - lüks və performansı birləşdirən mükəmməl yüksək sinif avtomobilidir. 530 at gücünə malik V6 mühərriki sayəsində avtomobil 3.8 saniyədə 100 km/s sürətə çatır. Geniş interyeri, qabaqcıl texnologiyaları və dəbdəbəli dizaynı ilə "Grecale Trofeo" gündəlik istifadə üçün ideal seçimdir.
Hər iki model "Maserati"nin İtalyan sənətkarlığının və mühəndislik bacarığının ən yüksək zirvəsini nümayiş etdirir. Yeni mərkəzdə bu avtomobillərlə daha yaxından tanış ola və İtalyan avtomobil sənayesinin unikal dünyasına daxil ola bilərsiniz.
"Maserati Fuoriserie" proqramı, müştərilərə öz üslubunu və fərdiliyini əks etdirən avtomobil yaratmaq imkanı təqdim edir. Rənglərdən interyer materiallarına qədər hər bir detalı seçərək, yalnız sizin üçün hazırlanmış "Maserati"nin sahibi olun. Bu proqram "Maserati"nin eksklüzivliyə və fərdi yanaşmaya olan bağlılığını əks etdirir.
"Maserati GT2 Stradale" - güc, zərif dizayn və ümumi istifadəyə uyğunlaşmanı bir araya gətirən əsl incidir. Bu unikal model artıq sifariş üçün açıqdır, və biz sizi bu avtomobilin sahibi olmaq üçün hər mərhələdə dəstəkləməyə hazırıq.
Bizim missiyamız, ilk ziyarətinizdən başlayaraq, hər an sizə sevinc və unudulmaz təəssüratlar bəxş etməkdir. "Maserati" mərkəzində sizi lüks, fərdilik və İtalyan mükəmməlliyinin unikal dünyası gözləyir.