Antalyada bu il 5-ci dəfə keçiriləcək “Miss Eurasia” gözəllik yarışması “beach party” ilə başlayıb.
Oxu.Az xəbər verir ki, aralarında İtaliya, Polşa, Rusiya, Sloveniya, Estoniya, Belarus, Ukrayna, Almaniya kimi 20 ölkənin mübarizə apardığı gözəllik kraliçası namizədləri təşkil olunan gecədə doyunca əyləniblər.
Çimərlik geyimində gözəlliklərini nümayiş etdirən modellər çimərlikdə günəş vannası qəbul edərkən turistlər tərəfindən maraqla izləniliblər.
“Beach party”nin ardınca Antalyanın tarixi səmti Kaleiçində gəzən namizədlər bol-bol xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, müsabiqənin finalı 5 iyunda “Emirhan Hotel's”də baş tutacaq.
Aytən Sadıqzadə
www.oxu.az