Yeni ilə sayılı günlər qalır. Geridə qoyacağımız 2019-cu ildə sənət aləminin məşhur simaları çalışıb-vuruşub, ortalığa yaxşı iş çıxarmağa çalışdılar. Dava-dalaşlar, qırğınlar, küsülülüklər də az olmadı. 2019-cu il hansı qalmaqallarla yadda qaldı?
Bununla bağlı Oxu.Az-ın əməkdaşının apardığı araşdırmanı oxuyucularımıza təqdim edirik:
İl başlayar-başlamaz Xalq artisti ilə Əməkdar artist arasında vulkan püskürdü. Bir tərəfdə Nazpəri Dostəliyeva, digər tərəfdə isə Elza Seyidcahan. İkilinin toqquşması “Azərbaycanın səsi” proqramında baş verdi. Layihənin münsifi olan hər iki müğənni arasında gərginlik pik həddə çatdı.
Elzanın digər münsifi Nazpəri Dostəliyevaya dərs dediyini və ondan bir qəpik də pul almadığını söyləməsi qarşı tərəfi özündən çıxardı. Nazpəri Elzanın ittihamlarına öncə gülsə də, həmkarını “bazar adamı” adlandıraraq efiri tərk etdi.
Rəşad Əliyev