Bu gün Bakı vaxtı ilə “Pyatnitsa” telekanalında “İnanıram-inanmıram” proqramı nümayiş olunacaq.
Oxu.Az xəbər verir ki, travel-şounun çərçivəsində aparıcı Andrey Bednyakov səyahət həvəskarlarını müxtəlif ölkələrə çağırır.
Bu dəfə aparıcı Azərbaycana ekskursiya təşkil edəcək və ölkə haqqında beş maraqlı hadisə danışacaq. Amma onlardan biri uydurma olacaq – televiziya aparıcıları bu hadisələrdən hansının uydurma olduğunu tapmalı olacaqlar.