Ötən gün ATV-də Mətanət Əliverdiyevanın təqdimatında canlı yayımlanan “Gündəlik” proqramı maraqlı məqamlarla yadda qalıb.
Oxu.Az-ın məlumatına görə, verilişin qonağı xalq artisti Arif Quliyev teleaparıcı Mətanətlə birlikdə canlı şəkildə duet ifa edib. Aparıcı ifası zamanı səsi olmayan müğənnilərə də söz atıb.
Məşhurların səsləndirdiyi duet tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.