Əylənməyi, düşünməyi, yarışmağı, hədiyyə qazanmağı sevənlərin gözləri indi bu proqrama kilidlənəcək.
Oxu.Az Xezerxeber.com-a istinadən xəbər verir ki, Zaur Kamalın təqdimatında yeni veriliş başlayır.
“Ay Zaur” verilişinin bağlanması ilə Zaur Kamal yeni proqramla sizin qarşınızda olacaq. Həftənin beş günü həyatın içindən, səmimi mövzular, maraqlı qonaqlar, ürəyinizcə olan söhbətlərlə “Beşdə beş” verilişi evinizin qonağı olacaq.
Hər gün saat 17.00-da verilişi izləməklə həm düşünəcək, həm əylənəcək, həm də qazanacaqsınız. Satmaq istədiyiniz əşyalara auksion əvəzinə “Mən demək istəyirəm ki...” rubrikasında alıcı tapa bilərsiniz.