Oxu.Az xəbər verir ki, veriliş ərzində İlqarənin səhnəyə gəlişi və imicindən də söz açılıb.
Aygün Kazımova qızının geyimindən danışarkən bildirib ki, İlqarə onun kimi aksessuar aşiqi deyil və “Əgər belə olsaydı, indi mən müflis olmuşdum” - deyə fikir söyləyib.
Aparıcı Mətanət Əliverdiyevanın “Anan sənə abır-həyalı geyinməyi tövsiyə edirmi?” sualına gənc müğənninin cavabı belə olub:
“Səhnədə abır-həya bir o qədər də önəmli deyil. Səhnədə hər şey etmək mümkündür. Bu, səhnədir”.