Azərbaycanlı gənc müğənni Orxan Mirzəyev məşhur “Titanik” filminin elə filmin özü qədər məşhur olan soundtrack-i – Celine Dionun “My Heart Will Go On” mahnısını oxuyub.
Oxu.Az xəbər verir ki, Orxan mahnıya hətta “klip” də çəkdirib və bu zaman elə həmin “Titanik” filminin epizodlarından istifadə edilib.
Sosial şəbəkələrdə yerləşdirilən klip dinləyicilər tərəfindən müxtəlif qarşılanıb. Bəziləri Orxanın ifasını əla qiymətləndirsələr də, digərləri bu ifa və klipi təhqir hesab edirlər.
Həmin mahnı-klipi təqdim edirik.