Azərbaycanlı model Rüstəm Cəbrayılov Mersedes Benz Fahion Week İstanbulda çıxış edib.
Oxu.Az xəbər verir ki, dünya moda sektorunun ən məhşur modelyerləri və modellərin yer aldığı defilədə Rüstəm Cəbrayılov Rüfət İsmayılovun "Affair" brendinin 2015-2016 payız-qış kolleksiyasını nümayiş etdirib. Podiumda Rüstəmlə bərabər məşhur türk boksçusu Atakan Arslan, dünya şöhrətli model Simon Adde, Best Model of the World-ün qalibi İşa Blaaker və s. çıxış ediblər.
Qeyd edək ki, hazırda ABŞ-da yaşayıb fəaliyyət göstərən həmyerlimiz daha önclə Milan, Nyu- York, Paris və s. şəhərlərdə prestijli moda həftələrində iştirak edib.