Müğənni Elçin Hüseynov axar.az saytına müsahibə verib.
Oxu.Az həmin müsahibəni ixtisarla təqdim edir.
- Elçin bəy, heç yaxşı görünmürsünüz. Səhhətinizlə bağlı hər hansı bir probleminiz var?
- Bəli, xəstəyəm. Gərgin iş rejimimə görə, immunitetim zəifləyib. Müalicə alıram.
- Deyilənə görə Elçin Hüseynovun şəxsi təyyarəsi var. Bu xəbər nə dərəcədə doğrudur?
- Doğrudur, şəxsi təyyarəm və bir neçə obyektlərim var. “Niel” şadlıq sarayı da mənimdir. O adın mənası da qardaşım Niam və Elçin deməkdir.
- Elçin Hüseynov kimdən və nədən qorxur ki, özünün şəxsi mühafizə dəstəsi var? Səmimi danışın...
- Belə deyim... imkan artdıqca düşmən də artır. Deyirlər ki “çox pul çox dərd gətirir”. Mən belə deməzdim. Çox pul, çoxlu düşmən gətirir. Məni istəməyənlər çoxdur.