Günel Zeynalova incik düşüb.
Oxu.Az gecce.az-a istinadla xəbər verir ki, illər öncə Günelin Heydər Əliyev adına Sarayda baş tutan konsertinin səsi-sədası hələ də davam etməkdədir.
Haqqında deyilənləri unutmayan ifaçı, media əhlindən inciyib:
“Almaniyada, Türkiyədə konsertlərim olub, amma hələ ki Bakıda keçirməyi düşünmürəm. Bakıda konsert etdim. Ağzıgöyçəklər paxıllıqlarından dedilər ki, Günelin konsertinə gəlmədilər. Bunları eşitdikdən sonra qəlbim sındı. Konsertimdə 40 nəfərlik orkestr vardı. Səsimə güvəndiyim üçün 30 mahnı canlı oxudum.
Niyə bunlardan yox, tamaşaçıların sayından danışırlar. Gözəl konsert alındı. Amma qəlbimi sındırdıqları üçün uzun müddət konsert keçirmək barədə düşünmürəm. Bəlkə nə vaxtsa, “Kristal hall”da keçirmək istəyərəm”.
Bölgələrdə konsert keçirməyi planlaşdıran sənətçi maliyyə sarıdan istəyini həyata keçirə bilmir. Buna görə də, sponsorlara səslənib:
“Hər kəs mənə Ağdamda konsert keçirməyi məsləhət görür. Sadəcə sponsor tapa bilmədik ki, planlarımızı həyata keçirək. Burdan sponsorlara səslənirəm. Başqalarına sponsorluq edəcəyinizə bizə edərdiniz. Biz də gedib konsert verərdik. Onları sevindirmək lazımdır. Qəlbi qırıq insanlardır.”