Türkiyəli aktyor Tolga Karel model Günay Musayeva ilə boşanacağı barədə yayılan xəbərlərə münasibət bildirib.
Oxu.Az –ın "Qafqazinfo"ya istinadla məlumatına görə, aktyor yayılan xəbərləri şayiə adlandırıb:
"Evi satışa çıxarmağım düzdür. Çünki oğlum Cahangir üçün təhlükəsiz və rahat evə köçmək istəyirik. Çəngəlköyə köçəcəyik. Boşanmırıq. Aramızda heç bir problem yoxdur. Avqustun 29-u evlilik il dönümüzü qeyd etdik. Günay serial, mən film çəkilişinə başlayıram. İşimiz-gücümüz yerindədir. Amma kimsə bizim əleyhimizə şayiə yayır. Dedi-qodular bitmir."
www.oxu.az