Bir neçə müddətdir ki, Hollivudun yaraşıqlı aktyoru Bredli Kuper İrina Şeyk ilə münasibətdədir. Mətbuatda bir neçə dəfə cütlüyün ayrılıq xəbərləri yayılsa da Kuper və Şeyk yazılanlara əhəmiyyət verməyərək əl-ələ görüntüləniblər. Amma deyəsən tezliklə hər şey dəyişəcək. Paparassilər bu günlərdə Bredlini Naomi Kempbell ilə yaxalayıblar.

Oxu.Az xəbər verir ki, aktyor və model səhəri ABŞ-ın restoranlarının birində keçiriblər. Bu barədə “Daily Mail” məlumat yayıb.

41 yaşlı Bredli Kuper və 45 yaşlı Naomi Kempbell ABŞ-ın restoranlarının birində səhər yeməyi yeyiblər, bundan sonra isə bir avtomobildə naməlum istiqmətdə yola düşüblər. Bu görüşün şahidləri və mətbuat Naomi ilə Bredlinin bir yerdə olmasının yalnız sevgi görüşü olduğundan əmindirlər.