Rusiyada yaşayan məşhur azərbaycanlı iş adamı, “Crocus Group”un rəhbəri Araz Ağalarov 59 yaşını qeyd edib.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, Ağalarov doğum gününü ailə üzvləri və Rusiyanın tanınmış iş adamları, eləcə də estrada ulduzları ilə birgə keçirib.
Möhtəşəm doğum günü ziyafətinin xüsusi qonağı isə italiyalı müğənni Adriano Çelentano olub.
Emin müğənnini Adriano kimi təqdim etsə də, fotoya reaksiya verən bir çox insan onun aktyorun oxşarı olduğunu deyirlər. Belə ki, şəkildəkinin “Çelentano”nun fanatı Mauricio Shveycer olduğu bildirilir. Adriano Çelentanonun pərəstişkarı olan Shveycer bir neçə konsertdə də bənzər çıxışlar edərək, tamaşaçıları çaşdırıb.