Aktrisa Dəniz Çakırın getdiyi bir kafedə hicablı qadınları təhqir etdiyi haqda iddialar yayılıb.
Oxu.Az xəbər verir ki, aktrisa həmin an sərxoş olub.
Çakır yanındakı stolda oturan 6 hicablı qadına: “Bura ərəbistandır? Nə gəzirsiniz burada”, - sözlərini deyib.
Sonradan onun yaxınları yayılan iddiaların yalan olduğu barədə açıqlama verib.
Lakin artıq İstanbul Prokurorluğu Dəniz Çakırla bağlı istintaqa başlayıb.