Rusiya estrdasanın ulduzu Dima Bilan dünən ölkənin ən əsas konsert meydançası olan H.Əliyev sarayında konsert proqramı ilə çıxış edib.
Oxu.Az-ın lady.day.az-a istinadla məlumatına görə, Dima bir neçə mahnı oxuduqdan sonra Nigar Camalı səhnəyə dəvət edib. Nigar o qədər çox həyəcanlanıb ki, ayağa qalxanda qısa ətəyini düzəltməyi unudub. Dima onu pencəyi ilə gizlədərək pərt olmaqdan xilas edib. “Əminəm ki, Nigar bizim bu konsertimizdən hələ çox danışacaq”, - Bilan deyib.