Müğənni Niki Minaj (Nicki Minaj) “Pinkprint” adlı turnesi çərçivəsində İngiltərənin Birmingham şəhərində konsert verib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, “Barclaycard Arena”dakı konsertində tez-tez libasını dəyişən Minaj, Dublin konsertində olduğu kimi həm açıq-saçıq geyimləri, həm də çılğın səhnə performansı ilə gözlərə xitab edib.
Rəqs qrupu ilə birlikdə tamaşaçılara möhtəşəm şou yaşadan ifaçı gecənin sonunda dəqiqələrcə alqışlanıb.
Aytən Sadıqzadə
www.oxu.az