17 dekabrda həyata keçirilən əməliyyat zamanı saxlanılan azərbaycanlı iş adamı Rza Zərrabın həyat yoldaşı müğənni Ebru Gündeş “O Ses Türkiye” mahnı müsabiqəsinin münsiflər heyətindən ayrılacaq, yəni verilişi tərk edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat verilib.
E.Gündeşin proqramı tərk etməsinin səbəbi həyat yoldaşının saxlanmasından sonra keçirdiyi psixoloji sarsıntıdır.
Buna görə də E.Gündeş proqramdan ayrılmağı qərara alıb və bu qərarı həftə sonu elan edə biləcəyi vurğulanır.
Aytən Sadıqzadə
www.oxu.az