Mercedes-Benz Nyu-York Moda Həftəsində əlil modellər podiuma çıxıb.
Oxu.Az xəbər verir ki, ingiltərəli Jack Eyers Nyu-York Moda Həftəsində səhnəyə çıxan ilk fizki qüsurlu kişi model olub.
J.Eyers stilist Antonio Urzinin geyimlərini nümayiş etdirərkən tamaşaçılar tərəfindən sürətli alqışlarla qarşılanıb.
O, podiuma çıxmadan əvvəl açıqlamasında bu layihədə iştirak edərək bütün əlillərin müvəffəqiyyətini göstərmək istədiyini ifadə edib.
Modellərdən bəzilərini əlil arabasında podiuma çıxardan Urzì, builki nümayişində qolu protezli qadın modellərə də yer verib.
Qeyd edək ki, stilist Urzinin geyindirdiyi məşhurlar arasında Lady Gaga və Beyonce kimi adlar var.
Aytən Sadıqzadə
www.oxu.az