Əməkdar artist Elza Seyidcahan həmişə olduğu kimi yenə də ictimaiyyəti təəccübləndirməyi bacarıb.
Oxu.Az xəbər verir ki, yaxın günlərdə qadın zorakılığına qarşı keçirilən layihədə iştirak edən müğənni, “Həmişə istəyirdim ki, ərim məni döysün” cümləsi ilə geniş müzakirələrə yol açmışdı.
Heyvanlara verdiyi konserti, dəmirdən hazırlanan libası, qeyri-adi görkəmi, avanqard saç düzümü, transparant geyimləri, bir sözlə, hər bir hərəkəti ilə medianın diqqətini çəkməyi bacaran Elza Seyidcahan bu dəfə uşaqlıq illərindən fotoşəkilini təqdim edib.
Əməkdar artistin 16 yaşında çəkilmiş şəklini təqdim edirik.

Aytən Sadıqzadə
www.oxu.az