Əməkdar artist Könül Kərimova verilişdə Elza Seyidcahanın əlindən tutub göz yaşı töküb.
ARB TV-də yayımlanan “Səni axtarıram” verilişində qonaq olan Könül Kərimova Elza Seyidcahanla tələbəlik günlərini yad edərkən kövrəlib:
“Tələbə vaxtı mən adi xırda şeylərdən özümə qapanırdım. Elza isə güclü idi. Həmişə deyirdi ki? narahat olma, Allah yetirəcək. Mənə bu gücü sən vermisən. Bu gün demək istəyirəm ki, söhbət maddiyyatdan getmir, haqsızlıq və şər o qədər çətin işlərdir ki, bu şeylərə dözmək olmur”.
Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahan evi ilə bağlı yaranmış probleminə görə efirə çıxaraq xalqdan və dövlətdən yardım istəyib. Sənətçi öz mülkünə sahiblənmək üçün 63 min manat pulun lazım olduğunu deyib. Bu günə kimi ona həmkarlarından Rəqsanə, Damla və digərləri dəstək veriblər.
Daha ətraflı süjetdə:
Əməkdar artist Elza Seyidcahanın əlindən tutub göz yaşı tökdü - VİDEO
Rəylər