Məşhur müğənni və bəstəkar Emin Ağalarov milli top onluqda ilk pilləyə yüksəlib.
Bu barədə Oxu.Az-a məlumat verən jurnalist Fuad Mədətov bildirib ki, Emin Ağalarovun klipi Azərbaycan teleməkanında ilk dəfə çoxsaylı tamaşaçı rəyinə görə Lider televiziyasında yayımlanan “Bu saat” verilişinin top onluğunda birinci pillədə yer alıb.
Onu da qeyd edək ki, Eminin klipləri bu günə qədər Azərbaycan telekanallarında heç bir milli onluqlarda yer almayıb.
Məlumat üçün bildirək ki, “Bu saat” verilişinin layihə rəhbəri və rejissoru Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru isə Rauf Sahiboğludur.