ANS- də yayımlanan “A-dan Z-yə” verilişində qonaq olan aparıcı Emin Musəvi bir müddətdir görünməməyinin səbəbini açıqlayıb.
Oxu.Az-ın xəbərinə görə, aparıcı tez-tez Latviyada olduğunu bildirib.
“Bəzi jurnalistlər sağ olsun, haqqımda şayiələr yaydılar ki, Riqada Eminin 1 milyonluq restoranı var, amma bu çox gülməlidir. Restoran var, lakin bu qiymətə deyil. Bir də fürsətdən istifadə edib tamaşaçılara demək istəyirəm ki, mən Azərbaycanda daha çox oluram”,- deyə, açıqlama verib.
Bu yaxınlarda qızı dünyaya gələn aparıcının anasının adını verdiyi qızının şəkil ilk dəfə adıçəkilən proqramda göstərilib.

Aytən Sadıqzadə
www.oxu.az