Dünyaca məşhur bəstəkar-müğənni Emin Ağalarov “Mən hamıdan yaxşı yaşayıram” adlı mahnısına klip çəkdirir.
Oxu.Az xəbər verir ki, klipin çəkilişləri fevral ayının 15-də “Crocus City”də baş tutub. Sözügedən bəstə müğənninin rus dilində mahnılardan ibarət olan “Na krayu” (“Kənarında”) albomuna daxildir. Klipi məşhur klipmeyker Aleksandr Soloxa və operator Maksim Osadçiy ərsəyə gətirib.
Ekstremal və həyəcan dolu kilpdə heç kim xəsarət almayıb.
Baş rolda Paulina Andreyeva çəkilib. O, Rusiyanın birinci kanalında yayımlanan məşhur «Оттепель» serialının mahnısını ifa edib.
Rejissor Aleksandr Soloxanı müğənni Zemfira, “Bi 2”, “Splin” qrupları, Qriqoriy Leps, operator Maksim Osadçiy isə Filipp Kirokorov, Leonid Aqutin, Yuliya Saviçeva ilə iş birliklərindən tanıyırsınız.
“Mən hamıdan yaxşı yaşayıram” adlı mahnını müğənni Eminə Qriqoriy Leps hədiyyə edib:
“Bu albomu ərsəyə gətirməyi mənə Qriqoriy Leps məsləhət verib. Mənim keçən il baş tutan konsertimdən sonra o mənə söylədi ki, rusiyalı fanatlarını unutma. Mən bu albomu onların şərəfinə hazırladım!”.
Aytən Sadıqzadə
www.oxu.az