“Star TV”-də yayımlanan “Zuhal Topalla” evlilik verilişinin azərbaycanlı iştirakçıları, keçmiş sevgililər Naz Mila ilə Əli Əkbər arasında gərginlik davam edir.
Oxu.Az xəbər verir ki, proqramda onların sevgili olduqları vaxtda hazırlanmış süjet nümayiş etdirilib. Naz Mila görüntülərdən təsirlənərək ağlamağa başlayıb.
Əli və studiyada əyləşən digər iştirakçılar Nazın ağlamağını ciddi qəbul etməyərək ona gülməyə başlayıblar. Naz ona gülənləri tənqid edərək proqramı tərk edib.
A.S.
www.oxu.az