Son zamanlar klip sahəsində canlanma hiss olunsa da, seçilən məkanların eyni olması göz yorur.
Oxu.Az xəbər verir ki, ən çox müraciət edilən məkan isə “Ağ şəhər” adlanan yaşayış kompleksidir.
Rejissorlar kompleksdə evlərin və insanların az olmasından istifadə edərək çəkilişləri daha çox burada edirlər. Yeni məkan adı ilə çəkilişlərdə istifadə olunan “Ağ şəhər”in qonağı olan müğənnilərimizi təqdim edirik:
Zamiq Hüseynovun “Varmı” klipi “Ağ şəhər”in gecə mənzərəsində çəkilib.
Günay İbrahimli isə həmkarlarından fərqli olaraq bu məkanda klip yox, “Instagram” səhifəsinə videorolik çəkdirib.
Pərviz Hüseyn
www.oxu.az