Ölkəmizin bir çox beynəlxalq müsabiqələrdə iştirak etməsi və üstəlik, ev sahibi olması sevindirici haldır. Azərbaycanda keçiriləcək “Miss Eurovision of Azerbaijan” gözəllik müsabiqəsi də bu cür beynəlxalq müsabiqələrdən biridir.
Oxu.Az xəbər verir ki, dünyanın məşhur “Miss Eurovision” gözəllik müsabiqəsinin rəsmən Azərbaycanda keçirilməsinə əsl peşəkar komanda səbəb oldu. İrəliyə doğru gedən təşkilatçı şirkət High Life Fashion & Model Academy hər şey yüksək səviyyədə gerçəkləşməsi üçün fasiləsiz olaraq çalışır. Bu haqda xəbəri bizə akademiyanın baş direktoru və müsabiqənin təşkilatçısı Aqil Məmiyev verib.
“Miss Eurovision” gözəlləri artıq səhnə quruluşu məşqləri, bununla yanaşı həm də Astoria Fitness & SPA-da idman ve aerobikayla da məşğuldurlar.
Aytən Sadıqzadə
www.oxu.az