Əməkdar artist Gülyanaq Məmədovadan xəbər var.
Oxu.Az xəbər verir ki, muğam ifaçısı “Onlar” verilişinə şəxsi və iş həyatı barəsində maraqlı müsahibə verib.
Müğənni dünya ulduzu Selin Diona bənzədilməsinin onun üçün çox xoş olduğunu etriaf edib. Hətta əməkdar artsit Selin Diona muğam öyrətmək arzusunda olduğunu da dilə gətirib:
“İstərdim ki, bir dəfə də olsa, həyatda onunla görüşək. Mən də ona muğam oxumağı öyrədim”.
Gülyanaq Məmmədova aparıcı Mətanət Əliverdiyeva ilə arasında yaranan söz- söhbətdən də danışıb:
“ O mənim xətrimə dəydi. Qəlbin sınmağı gözlə görünmür, amma bir qabırğanın sınmağı kimidir. İçdən ağrı verir”.
Aparıcı isə əməkdar artistin incikliyinə belə cavab verib:
“Onun qəlbini qırmışamsa, buradan onu öpürəm. Amma mən də Mətanətəm. Dediyim sözün üstündə dururam”.
Aytən Sadıqzadə