Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva İnstagram hesabında hicablı fotosunu paylaşıb.
Oxu.Az xəbər verir ki, Günay həmin şəkli “Kod adı K.O.Z” filminin çəkiliş meydançasında çəkdirdiyini yazıb.
Qeyd edək ki, G.Musayeva prezident Rəcəb Tayyip Ərdoğanın baş nazir olduğu dövrdən bəhs edən filmdə rol alacaq. Film 2015-ci ilin fevralında təqdim olunacaq.
