31 dekabr Yeni il günü Las-Veqasda ailə həyatı quran gənc teleaparıcı Günel Hümbətova klipə çəkilib.
Oxu.Az xəbər verir ki, söhbət müğənni Samir Piriyevin yeni klipindən gedir.
Bu barədə Oxu.Az-a müğənninin özü məlumat verib:
“Mahnının adı “Dedi-qodu, Facebook, İnstagram”dır. Klipin sadə süjet xətti var. Mən fotoqrafam, Günel xanım isə məşhur insandır. Bu isə mənim ilk işimdir, o isə məni bəyənmir. Lakin sonradan sevməyə başlayır”.
Qeyd edək ki, klipin rejissoru Təhmasib Məmmədovdur.
Aytən Sadıqzadə
www.oxu.az