Model Minarə Allahverdiyeva yeni fotosessiya etdirib.
Oxu.Az-ın məlumatına görə, aktrisa kimi də fəaliyyət göstərən model ikinci dəfə ana olmağa hazırlaşır.
Xatırladaq ki, o, bu ilin fevral ayının 1-i türkiyəli prodüser Kemal Cenk İçten ilə ailə həyatı qurub. Bu, Minarənin ikinci, Kemal Cenk İçtenin isə birinci evliliyidir. Modelin birinci nikahından qız övladı, Cenk İçtenin isə türkiyəli xanımla qeyri-rəsmi nikahdan Dəniz adlı oğlu var.
Aytən Sadıqzadə
Foto: İska İsmayılov
www.oxu.az