Azərbaycanın xalq artisti İlham Quliyeva adət edib ki, ona daim müxtəlif bahalı hədiyyələr verirlər.
Oxu.Az-ın Day.Az-a istinadən verdiyi xəbərə görə, müğənni Xəzər telekanalında “Starlife” verilişinin efirində bildirib ki, heç bir hədiyyə, bahalı daş-qaş onu insanı sevməyə məcbur edə bilməz, əgər həmin insanı ilk baxışdan bəyənməyibsə.
“Mənə heç bir şey lazım deyil, nə isə bir şey bağışlamaqdansa, qoy mənə yüksək səviyyədə hörmət göstərsinlər. Bu mənim üçün ən vacib olandır. Mənə diqqət ayıranda çox xoşuma gəlir və şükür Allaha ki, bununla problemim yoxdur” – deyə, Quliyeva bildirib.