“Səmaya baxırsan” kompozisiyasının müştərək ifası Svetlananın ağlına tamamilə təsadüfi gəlib. Emin və Svetlana tanış olmamaqlarına baxmayaraq bu onlara qısa bir zaman ərzində duet haqqında qərar qəbul etməyə və səsyazmaya başlamağa mane olmadı.
“Çox şadam ki, Svetlana məhz mənim səsimi eşidib və mənə duet ideyasını təklif edib. Mən hər zaman inanmışam ki, kiminləsə duet yazdırsam qərarın qəbul edilməsində əsas rolu musiqi oyanayacaq. Hər şey belə də alındı”, - Emin şərh edib.
Çəkilişlərə hazırlıq bir neçə ay çəkib. Klip üzərində iki rejissor: Yuri Yaruşnikov və klipin ideya müəllifi Natella Krapivina işləyib. Yeni videonun mürəkkəb bədii məğzini həyata keçirmək üçün peşəkarlar cəlb edilib. Quruluşçu rəssam Sergey İvanovdur, onun sonuncu işi “Stalinqrad” filmi olub.
Klipdə baş rollardan birini ən tələb olunan aktyorlardan biri Artem Tkaçenko oynayıb.
EMIN feat LOBODA-nın yeni videosunun janrını psixoloji triller kimi təqdim etmək olar, burada real və uydurulmuş dünyanın təması verilib. Video fikrində olan insanın yalnız təfəkkürünün məhsulu olduğu halda yalnızlıqdan dəli olmamağın necə çətin olması haqqındadır.
“Mən bizim müştərək işimizdən razıyam və düşünürəm ki, biz həm qadınlarda olduğu kimi, kişilərdə də güclü emosiyaların yarada biləcəyi bir əsər yaratmışıq, çünki bu iki ruhun dialoqudur, o mütləq eşidiləcək”, - Svetlana şərh edib.
Çəkilişlər iki sutkadan artıq davam edib, video isə hər iki artistin yaradıcılığında yeni mərhələ olacaq. “Səmaya baxırsan” treki isə bu yayın yeni hiti olacaq.