ANS televiziyasının “Günəbaxan” verilişində aparıcı İlqar Mikayıloğlu ağsaqqal Nəriman dayını təhqir edib.
Oxu.Az Simsar.az-a istinadən xəbər verir ki, İlqar Mikayıloğlu verilişində qonaq qismində iştirak edən Nəriman dayını dəfələrlə təhqir edib.
İlqar Mikayıloğlu:
“Mən yeri zibilləmirəm. Heç kəs də yeri zibilləmir. Şəhər tər-təmizdir. Oldu Avropa. Deməli, dalandarlar işsiz qalacaqlar”.
Nəriman dayı İlqarın söhbətinə müdaxilə edəndə aparıcı əsəbiləşib. Nəriman dayıya irad bildirən İlqar Mikayıloğlu:
“Siz mənim niyə sözümü kəsirsiz? Artıq 4 dəfədir, sözümü kəsdiniz”, - deyib, yaşlı kişini gülüş hədəfinə çevirib.
“4 dəfə sözümü kəsdiniz, özü də biz burada mədəniyyətdən danışırıq”, - deyən aparıcı ironiya ilə davam edib, - mən demirəm, siz mədəniyyətsizsiniz, dilim quruyar, gözlərim də kor olar”.
Sonra mikrofonu qonağa verən İlqar Mikayıloğlunun verilişində Nəriman dayı danışarkən dicey heyvan səsləri səsləndirib.