Uzun müddətdir yaradıcılığında yenilik etməyən reper Anar Nağılbaz yeni mahnısını təqdim edib.
Oxu.Az xəbər verir ki, reper gənc ifaçı Tayfurla “Bir dəfə” adlı mahnını oxuyub.
“Yeni mahnıya Xalq artisti Aygün Kazımova bek-vokal (arxa səs) ifası ilə dəstək olub. Avqust ayında bəstəyə klip də çəkiləcək”, - deyə A.Nağılbaz Oxu.Az-a açıqlamasında bildirib.
Xatırladaq ki, ötən ay APA TV-nin “Show time” verilişində qonaq olan reper yaşadığı çətinliklərə görə intihar həddinə çatdığını demişdi.
Aytən Sadıqzadə
www.oxu.az