“Eurovision - 2011”-in qalibi Nigar Camal Londonda avtomobilini düzgün yerdə saxlamadığı üçün polis əməkdaşı tərəfindən cərimələnib.
Oxu.Az xəbər verir ki, müğənni bu barədə sosial şəbəkədə məlumat verib.
“Payızın ilk ingilissayağı cəriməsi. Avtomobili vaxtında yoldan götürməyəndə və 2 saatdan 4 saata qədər həmin ərazidə qalarsa, İngiltərədə adamı belə cərimələyirlər”,-deyə N.Camal bildirib.
İfaçı 140 manat cərimə ödədiyini yazıb.