Xalq artisti Məleykə Əsədova ötən gün məclislərin birinə qatılıb.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, aktrisanın xeyli arıqlaması diqqətdən qaçmayıb.
Bunu M.Əsədova özü də etiraf edib. O, son vaxtlar işlərinin çoxluğundan günü-gündən arıqladığını deyib:
“Kökəlməyə meyilli deyiləm. Heç pəhriz də saxlamıram. İstədiyimi yeyirəm. Sadəcə işlərim çox olur, bütün günü ora-bura qaçıram. Qızımla məşğul oluram. Çox hərəkətdə olmaq məni formada saxlayır. Hətta bir az kökəlmək istəyirəm”.