Müğənni Mənzurə Musayeva şəxsi həyatı ilə bağlı gündəmə gəlib.
Oxu.Az xəbər verir ki, müğənni Xəzər telekanalında yayımlanan “Telemaqazin” verilişində həyat yoldaşından boşanma səbəbi haqqında danışıb:
“2013-cü il getsin, bir də gəlməsin. Ötən ilin 6 ayını xəstə olmuşam. Allah heç kimə dərd verməsin. Ümumilikdə xoşbəxtəm, amma qəlbimin dərinliyində nisgil var. Bu da övladımın olmamasından irəli gəlir. Düzdür, qardaşımın qızını saxlayıram. O mənə övladım qədər əzizdir. Amma insanın doğma övladının olması başqadır. Hərdən onu qısqanıram. Atası və anası tərəfə diqqət yetirməsini istəmirəm. Yaşa dolduqca başa düşürəm ki, insana övlad mütləq lazımdır. Həyat yoldaşı olmasa da, olar.
Mən boşanmaq məcburiyyətində qaldım, çünki yoldaşım deyirdi ki, efirdə, səhnədə oxuma, ancaq toylara get, pul gətir. İndi ailə qurmaq istəyirəm, çox çalışmışam, yenidən nikaha girim, amma yaxşı insan yoxdur”.
Aytən Sadıqzadə
www.oxu.az