İngilis aktrisa Emilia Blunt və həyat yoldaşı, amerikalı aktyor John Krasinski kiçik qızları Hazel ilə birlikdə yaşadıqları Hollywood-dakı evlərini satışa çıxarıb.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, ailənin malikanə üçün istədiyi qiymət 8 milyon dollardır.
Emily Blunt rol aldığı “Edge of Tomorrow” filminin çəkilişləri əsnasında bu evdə yaşayırdı.
Həyat yoldaşı John Krasinski “The office” serialında canlandırdığı Jim Halpert rolunu bu evdə məşq edib.
6 otaq və 4 vanna otağından ibarət xatirələrlə dolu bu ev hazırda satışdadır.