PETA (People for the Ethical Treatment of Animals) bu dəfə müğənni Pinkin yer aldığı afişa ilə Nyu-York Moda Həftəsinə damğasını vurub.
Oxu.Az əcnəbi mətbuata istinadla xəbər verir ki, PETA illərdir qəfəsə bağlanılan, əziyyət görən, elektriklə öldürülən, dərisi və kürkü üçün məhv edilən heyvanları qorumaq və xilas etmək üçün fəaliyyət göstərir.
Bu dəfə isə moda həftəsinin başlayacağı gün Nyu-Yorkun ən işlək reklam bölgəsində üzərində aşağıdakı sözlər yazılmış 27 metrlik bir billboard asılıb:
“Kürk geyinməkdənsə, çılpaq qalmağı seçirəm”.
Kampaniyanın bir hissəsi olan bu afişada Pink çılpaq poza verib. Şüarın altında isə “Öz dərinizin içində rahat olun və buraxın, heyvanlar da öz dəriləri içində qalsınlar” sözləri yer alıb.
Pink mövzuyla əlaqədar bunları söyləyib:
“Kaş ki, heç bir zaman kürk geyinmədim deyə biləydim. Amma təəssüf ki, eqoist olduğum və kürk geyindiyim bir neçə vəziyyət olub. Artıq gözüm açıldı və kürkü tamamilə boykot edirəm. Hər kəsi moda uğrunda bu heyvanların necə dəhşətverici işgəncələrə məruz qaldığını öyrənməyə çağırıram”.
Aytən Sadıqzadə
www.oxu.az