Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Məşhurların sələmçisi cinayət üstündə yaxalandı: Seda Sayan polisə ifadə verdi
Türkiyədə "məşhurların sələmçisi" kimi tanınan Ö.B. saxlanılıb. Araşdırma çərçivəsində aparılan yoxlamalarda məşhur müğənni Seda Sayanın da zərərçəkənlər arasında olduğu və şikayətçi kimi polisə ifadə verdiyi öyrənilib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə IHA xəbər yayıb.
Bildirilir ki, şübhəli İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları İstanbul Baş Prokurorluğu tərəfindən aparılan əməliyyat zamanı saxlanılıb.
Məlumata görə, araşdırma davamlı olaraq narahat edilən, yaşayış və iş yerinə basqın edilən K.A.-nın zərərçəkmiş kimi şikayətindən sonra başlanılıb. Bundan sonra polis Şişlidə bir müəssisəyə "müştəri" qismində basqın edib. Həmin müəssisədə olan Z.B. "sələmçilik" və "ağırlaşdırılmış hədə-qorxu" cinayətlərinin törədilməsində şübhəli bilinərək saxlanılıb.
Ünvanda sələmçilik cinayətinə aid sənədlər, faizlə borc münasibətinə girən çox sayda şəxsin olduğu ad siyahısı, sələmçilik cinayətinə aid ödənişlərin izlənildiyi ətraflı "excel" sənədləri ələ keçirilib, rəqəmsal materiallar müsadirə olunub.
Şübhəli şəxsə aid rəqəmsal materialların yoxlanması zamanı Z.B.-nin yüksək faizlə borc verdiyi bir çox zərərçəkənlə bağlı siyahısının olduğu müəyyən edilib. Şəxsiyyəti müəyyən edilən şübhəlilər polis idarəsinə aparılıb.
Araşdırma çərçivəsində iki zərərçəkənin ifadəsində Z.B.-nin ictimaiyyətdə sənətçilərin sələmçisi kimi tanınan Ö.B.-nin qardaşı olduğu və birgə sələmçilik etdikləri müəyyən edilib.
Alınan ifadələrdən sonra aralarında Ö.B.-nin də olduğu dörd nəfər saxlanılıb.
Daha sonra şübhəlilərin ev və iş yerlərində axtarışlar aparılıb, sələmçilik cinayətinə aid ola biləcəyi düşünülən sənəd, əl yazıları və istifadələrində olan rəqəmsal materiallar müsadirə edilib. Həmin sənədlərdən birində məşhur müğənni Seda Sayanın da zərərçəkən şəxslər arasında olduğu müəyyən edilib.
"Türkiyə" teqi üzrə xəbərlər
- Keçmiş dünya çempionu məsciddə DAVA SALDI: Təmizlik işçisini xəstəxanalıq etdi
- Egey dənizində ard-arda zəlzələlər: Türkiyədə təcili iclas çağırılır
- Ərdoğanın Suriyaya səfəri gözlənilir
- Türkiyə "Tayfun" qısamənzilli ballistik raket sistemini uğurla sınaqdan keçirib
- Türkiyədə Turabinin mahnısına nazirlikdən qadağa tələbi: Yayımdan çıxarılacaq?
Rəylər