“Miss Azerbaijan 2014” milli gözəllik müsabiqəsinin keçiriləcəyi final mərhələsinin tarixi müəyyənləşdi.
Oxu.Az missazerbaijan.org-a istinadla xəbər verir ki, müsabiqənin finalı iyun ayının 7-də keçiriləcək.
“Miss Azerbaijan 2014” milli gözəllik müsabiqəsinin təşkilat komitəsinin sədri Aneliya Orduxanova modellərin 3 turda çıxış edəcəyini söyləyib:
“Bizim finalçılarımız münsiflər qarşısında 3 turda, peşəkar yeriş, saç düzümü və make-up-la çıxış edərək musiqi sədaları altında hərəkətlərini və plastika, gündəlik və ziyafət geyimlərini, eləcə də ən əsas öz cazibədarlıqlarını və gözəlliklərini nümayiş etdirəcəklər. Xatırladım ki, modellərə geyimləri yalnız bizim ölkədə deyil, eləcə də onun sərhədlərindən çox kənarlarda rəğbət qazanmş məşhur modelyer, əməkdar incəsənt xadimi Fəxriyyə Xələfova təqdim edir”.
Finalda qonaqları yalnız ilin ən gözəl qızı adını almaq üçün əsrarəngiz şou deyil, həmçinin məşhur müğənnilərin və rəqs kollektivlərinin çıxışlarından ibarət konsert proqramı gözləyir. Qaliblərin mükafatlandırılmasından sonra DJ Enamorado “Açıq səma altında” afterparty edəcək.