Modellər Kendall Jenner və Gigi Hadid “Victoria's Secret”in nümayişindən sonra gecə təşkil edilən partiyə birlikdə qatılıblar.
Oxu.Az xəbər verir ki, Kendall geyindiyi dekolteli və transaparan libası ilə fərqlənib. Bədəni görünən Kendall-ın alt paltarı geyinmədiyi diqqətdən qaçmayıb.
Gigi Hadid isə tədbir üçün qara rəngli açıq-saçıq libas seçib.
Qeyd edək ki, Gigi Hadid və Kendall Jenner bir neçə gün əvvəl Nyu-Yorkda “Victoria 's Secret”in dəb nümayişində ilk dəfə podiuma çıxıb. Onlar brendin ən yeni kolleksiyasını sərgiləyib.