Şri-Lankaya istirahətə yollanan türk turistin sosial şəbəkədə şəxsi hesabında paylaşdığı fotoşəkil ictimai mediada gündəmə gəlib.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, onun paylaşımında bir içki firmasına aid olan afişada yer alan modelin türkiyəli pop ifaçısı Murat Boza hədsiz bənzəməsi diqqət çəkib.

Xatırladaq ki, M.Boz 2015-ci ildə məşhur model Emili DiDonatoya bənzərliyi ilə gündəmə gəlmiş, “Instagram” səhifəsində “Sevimli atamın bizə izah etmədiyi bir şey varmı?” sözlərini yazaraq zarafatyana şərh paylaşmışdı.

Aytən Sadıqzadə
www.oxu.az