Xalq artisti Niyaməddin Musayevin qızı Günelin toyu olub.
Oxu.Az axsam.az-a istinadla xəbər verir ki, müğənni övladının toyu ilə bağlı təəssüratlarını bölüşüb:
“Çox gözəl mərasim keçdi. Hər şey ürəyimcə oldu. Sənət dostlarımı da dəvət etmişdim. Gəldilər, gözəl iştirak etdilər, əyləndilər. Allah bütün subaylarımıza qismət etsin. Toyda iştirak edən dostlarıma da çox sağ olun deyirəm”.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin