Gözlənilən məşhur layihələr “Özünə bax 3” və “Məni yarımdan soruş” ekranlara gəldi.
Oxu.Az xəbər verir ki, ATV telekanalında yayımlanan hər iki layihə dünən ilk efirinə start verib.
“Özünə bax 3”-ün münsiflər heyətində layihənin rəhbəri Ruhi Əliyeva, modelyer Afaq İsmayılova, stilist Elnur Həsənov və aparıcı Şəhriyar Əbilov yer alıb.
Aparıcılıq missiyası bu dəfə də Rüfət Ağayevə həvalə olunub.
Qeyd edək ki, layihənin qalibi olacaq kişi iştirakçı dəyərli avtomobil, qadın isə brilyant daşlarla bəzədilmiş zinət əşyası qazanacaq.
Ötən gün eyni zamanda, “Renk medya” tərəfindən hazırlanan “Məni yarımdan soruş” layihəsi də tamaşaçılara təqdim olunub. Layihənin aparıcıları Zaur Baxşəliyev və Günay Baxşəliyevadır.
Seçimləri Eray Akıncı, Enes Tuncel və Arzu Umut edib.
Verilişin koordinatoru Eray Akıncıdır.
Hər ay qalib olan bir cütlüyə avtomobil bağışlanacaq.
Aytən Sadıqzadə
www.oxu.az