ATV kanalında yayımlanan “Ümid var” verilişinə açıqlama verən mahir qarmon ifaçısı qaraciyər serrozu xəstəliyindən əziyyət çəkdiyini deyib.
Oxu.Az xəbər verir ki, yataq xəstəsi olan sənətkar bir aydır yemək-içməkdən qaldığını, qarın boşluğunda mayenin toplandığını bildirib.
“Ölüm haqdır, amma mən ölmək istəmirəm. Vəziyyətimin pis olduğu bu müddət ərzində dostlarım, sənət yoldaşlarım qapımı açmır. Haçan gələcəklər? Mən öləndən sonra? Xalqımdan mənə dua etmələrini xahiş edirəm”.
Aytən Sadıqzadə
www.oxu.az